“Kölgə iqtisadiyyatı”ilə mübarizə Gömrük  Komitəsinin gəlirlərini artırıb –RƏQƏMLƏR

Ötən il Dövlət  Gömrük  Komitəsinin  xətti ilə dövlət büdcəsinə 4408,6 milyon manat daxil olub.

Azpost.info bildirir ki, bu barədə “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda bildirilib. Bu o deməkdir ki, proqnozdan 706,6 milyon manat (19,1 faiz) çox icra olunub.

2018-ci illə müqayisədə isə 974,6 milyon manat və ya  28,4 faiz  çox daxilolmalar  təmin olunub.  Artımın əsas  səbəbi  qeyri-neft  sektoru üzrə idxalın 21,9 faiz artması, gömrük sistemində “Yaşıl dəhliz”in tətbiqi, kölgə iqtisadiyyatı ilə bağlı mübarizə və risklərin  idarə edilməsi  mərkəzi  tərəfindən  məlumatların əvvəlcədən  sistemə ötürülməsi ilə şəffaflığın təmin olunması, ixracatçı ölkələrdən məlumatların sistemə daxil olması ilə idxalçılar tərəfindən süni qiymət azalmalarının qarşısının alınması hesabına olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ Ümumdünya Səhiyyə Təşkilatına ödənişi bərpa edə bilər –

Sonrakı məqalə

“Azər-Türk Bank” büdcəyə ödəmələri 89 faiz kəsirlə icra edib