Komanda yoldaşları Messi ilə danışmaq üçün ispan dilini öyrənirlər

Komanda yoldaşları argentinalı hücumçu Lionel Messi ilə danışmaq üçün ispan dilini öyrənirlər.

Azpost.info “Infobae” portalına istinadən bildirir ki, bu barədə “İnter Mayami”nin yarımmüdafiəçisi Edison Azkona bildirib.

“Mən Leo-nun ingiliscə danışdığını eşitməmişəm… Hərdən içəri girəndə “sabahınız xeyir” deyir. İngiliscə danışan və ispan dilini bilməyənlər bu dildə danışmağı, ispanca danışmağı öyrənirlər”, -deyə Azkona vurğulayıb.

36 yaşlı argentinalı PSJ ilə müqaviləsi başa çatan yay transfer pəncərəsində “İnter Mayami”yə keçib. Messi komandanın heyətində 14 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə verib.

Hücumçunun “İnter Mayami” ilə müqaviləsi 2025-ci ilin dekabrına qədərdir.

Azpost.info

Əvvəlki məqalə

“Qəzzada xəstəxanada partlayış İsrailə atılmış raketlə törədilib” –

Sonrakı məqalə

“Azərbaycan və Ermənistan arasındakı münaqişə həll olunub” –