Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın deputatlığa namizədliyi qeydə alınıb.
Azpost.info etikxeber.az-a istinadən bildirir ki, H. Hüseynovanın namizədliyi 41 saylı Sumqayıt birinci seçki dairəsindən irəli sürülüb. Qeyd edək ki, H. Hüseynova ikinci dəfədir seçkilərə qatılır. H.Hüseynova ilk dəfə 2005-ci ildə, 3-cü çağırış seçkilərdə namizəd olaraq iştirak edib və cüzi fərqlə Xalq artisti Flora Kərimovaya uduzub. Mərkəzi Seçki Komissiyası (MSK) isə sonradan həmin dairənin nəticələrini ləğv edib.
Bundan bir müddət sonra-7 fevral 2006-ci il tarixində H. Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib və artıq 14 ildir bu vəzifəni icra edir.
Siyasi elmlər doktoru, professordur. Azərbaycanın nüfuzlu və tanınmış simalarından olan partiya-dövlət xadimi, Sumqayıt və Mingəçevir şəhərinin yaradıcılarından, qurucularından biri mərhum Kamran Hüseynovun qızıdır.
Növbəti dəfə seçkilərə Sumqayıtdan getməsi də məhz atasının Sumqayıtdakı şöhrəti ilə bağlıdır.