Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Məhkəmədən verilən xəbərə görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2-ci və 228.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Baş Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun noyabrın 4-nə təyin edilmiş iclasında baxılacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.