Konsulluğumuz seçki ilə bağlı Türkiyədə yaşayan azərbaycanlılara müraciət edib

Ölkəmizin İstanbuldakı baş konsulluğu Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının qarşıdan gələn prezident seçkilərində iştirakı ilə bağlı məlumat yayıb.

Baş konsulluğun rəsmi internet səhifəsində yerləşdirilən məlumatda qeyd edilir: “2024-cü il fevralın 7-nə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən, Azərbaycan Respublikasının İstanbul şəhərindəki baş konsulluğunun əhatə dairəsində daimi yaşayan, müvəqqəti olan və ya uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış, fəal seçici hüququna malik Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunması məqsədilə 2023-cü il dekabrın 29-dək aşağıda qeyd olunmuş məlumatları [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur:

1. Soyad, ad, ata adı;

2. Doğum tarixi (gün, ay, il);

3. Türkiyə Respublikasında daimi və ya müvəqqəti yaşadığı ünvan”.

Əvvəlki məqalə

Almaniya Rusiya qazını Norveç qazı ilə əvəz edib

Sonrakı məqalə

“Liverpul” da Super Liqada oynamaqdan imtina etdi