Koronavirsa görə ziyana düşən sahibkarlara 96 milyon manat yardım verilib –Maliyyə Nazirliyi açıqladı

“Pandemiya nəticəsində zərərə məruz qalmış sahibkarlara 96 mln. 106 min manat maliyyə dəstəyi göstərilib.

Azpost.info bildirir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda deyilir.

Açıqlamada bildirlir ki, Prezidentin 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün dövlət büdcəsindən bu günkü tarixə 21 tranş çərçivəsində ümumilikdə 96 mln. 106 min manat ayrılaraq maliyyələşməsi həyata keçirilib.

“Sahibkarların müraciəti ilə İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq təqdim olunmuş sifarişlər əsasında Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının ödənilməsi üçün 21 min 817 vergi ödəyicisinə 43 mln. 585 min manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 87 min 300 fərdi (mikro) sahibkara 52 mln. 515 min manat olmaqla, ümumilikdə 109 min 117 vergi ödəyicisinə 96 mln. 106 min manat vəsaiti onların müvafiq agent banklarda olan hesablarına köçürüb”.

Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ayrılan vəsait hesabına maliyyə dəstəyinin ödənilməsi tapşırılıb və İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında Xəzinədarlıq orqanları tərəfindən maliyyələşmə davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

Sonrakı məqalə

İlham Əliyev və Mehriban Əliyeva Sumqayıtda tibbi maska fabrikinin açılışını etdilər