“Koronavirus peyvəndi tezliklə hazır olacaq” –BMT Baş katibi

BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, koronavirsa qarşı peyvənd yaxın həftə və ya aylarda hazır olacaq.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Bu gün yanımızda olanlar da daxil olmaqla, dünyanın hər yerindəki alimlərin səylə çalışması və fədakarlığı sayəsində peyvəndlər yaxın həftələrdə və aylarda əldə edilə bilər”, – deyə A.Quterreş bildirib.

BMT baş katibi bununla belə bəşəriyyəti özünü aldatmamağa çağırıb. O qeyd edib ki, peyvənd illər, hətta onilliklərə yayılacaq zərəri neytrallaşdıra bilməyəcək, yoxsulluq, aclıq təhlükəsi artacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bayden Trampı özünün andiçmə mərasiminə dəvət etdi

Sonrakı məqalə

Prezident İlham Əliyev BMT-nın xüsusi sessiyasında çıxış edib: