Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu gün axşam saatlarında Masallı Mərkəzi Xəstəxanasında reyd keçirib.
Azpost.info cenub.az-a istinadən bildirir ki, baş həkim Cəlil Nəzərov və baş mühasib Sətulla Məmmədov saxlanılıb. Onlar Bakıya gətirilib.
Məlumatı İcra hakimiyyətindən təsdiqləsələr də, detalları haqqında məlumatsız olduqlarını bildirdilər. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.
Xatırladaq ki, son 1 ildə Masallı DSMF-nin baş inspektoru, Qarğalıq ərazi Dairəsinin nümayəndəsi də eyni qaydada aparılmışdı.