Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Masallı Mərkəzi Xəstəxanasında əməliyyat keçirib-Vəzifəli şəxslər saxlanılıb

Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu gün axşam saatlarında Masallı Mərkəzi Xəstəxanasında reyd keçirib.

Azpost.info cenub.az-a istinadən bildirir ki, baş həkim Cəlil Nəzərov və baş mühasib Sətulla Məmmədov saxlanılıb. Onlar Bakıya gətirilib.

Məlumatı İcra hakimiyyətindən təsdiqləsələr də, detalları haqqında məlumatsız olduqlarını bildirdilər. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.

Xatırladaq ki, son 1 ildə  Masallı DSMF-nin baş inspektoru, Qarğalıq ərazi Dairəsinin nümayəndəsi də eyni qaydada aparılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov vəzifəsindən azad olunub

Sonrakı məqalə

Yanvar ayı üzrə pensiyaların ödənişi davam etdirilir