Kraliça II Elizabet uzun müddət sonra üz-üzə görüş keçirib

Böyük Britaniya Kraliçası II Elizabet uzun müddət sonra üz-üzə görüş keçirib.

Kraliça Britaniya Baş Qərargah rəisi Nik Karteri Vindzor qəsrində qəbul edib. Görüş zamanı Kraliça Karterin vəzifəsindən gedəcəyi üçün kədərləndiyini bildirib.

Səhhətində yaranan problemlərə görə tədbirlərə qatıla bilməyən 95 yaşlı Kraliça ən son belindən zədə aldığı üçün Birinci Dünya müharibəsi qurbanlarının anım günündə iştirak edə bilməmişdi.

Qeyd edək ki, Kraliça II Elizabet Qlazqoda keçirilən İqlim Sammitinə də qatıla bilməmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İqtidar və müxalifət deputatlarından ibarət qrup ABŞ-da səfərdədir

Sonrakı məqalə

DİM 2021-ci ildə keçirilmiş imtahanlar barədə məlumatları açıqlayıb