Krediti uzatmaq üçün vətəndaşların banklara müraciətləri başlayıb

Azərbaycanda koronavirus təsirinən zərər çəkən biznes nümayəndələri kreditlərinin müddətinin uzadılması və digər güzəştlər üçün banklara müraciət etməyə başlayıblar.

«Access bank»ın sədrinin müavini Andrey Zainulin FED.az-a müsahibəsində bildirib ki, artıq bankın kredit müştəriləri kredit müddətinin uzadılması üçün banka müraciət edir.

«Biz bu sahələrdə çalışan müştərilərlə necə işləyəcəyimizi dəqiq müəyyən etmişik. Müştərilərə kreditlərin prolonqasiyası – müddətinin uzadılması üçün xüsusi şərtlər – əsas  borclar və ya faizlər üzrə ödənişlərin təxirə salınması təklif ediləcək. Bu, hər hansı sahənin pandemiyanın təsirinidən nə dərəcədə zərər çəkməsindən asılı olacaq».

A.Zainulin bildirib ki, bankın borcların restrukturizasiyası üzrə müəyyən alətləri var və onların istifadəsi prosesinə artıq başlanılıb: «Gün ərzində biz artıq 250-300 müraciət alırıq. Sizin də bildiyiniz kimi, biz kiçik və mikro biznesə xidmət sahəsində lider bankıq və müştəri bazamız 70 minə çatır. Biz kreditlərin restrukturizasiyası ilə bağlı belə kütləvi müraciətlərə hazır idik və başa düşürük ki, gün ərzində bu qədər müraciətin olması  – hələ başlanğıcdır. Fikrimcə, müraciətlərin sayı artacaq və bank buna hazırdır, həm iş prosesi, həm də hər bir müştəriyə fərdi yanaşma baxımından».

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pomidor ixracı artıb, meyvə-tərəvəz azalıb –

Sonrakı məqalə

Yaponiyada koronavirusdan 400 min insan ölə bilər –