Kreml Putinin Əliyev və Paşinyanla danışıqlarında hansı mövzulara toxunulduğunu açıqlayıb

Rusiya lideri Vladimir Putin Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Nikol Paşinyanla Zəngəzur dəhlizi mövzusunu müzakirə edib.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Rusiya prezidenti həmkarları ilə ayrı-ayrılıqda görüşüb və üzbəüz danışıqlar aparıb”, – Peskov deyib.

Peskovun sözlərinə görə, Putin onların hər biri ilə ayrı-ayrılıqda üz-üzə danışıb: “Təxminən yarım saat oturdular, fikir mübadiləsi aparıldı, Zəngəzur dəhlizi mövzusuna da toxunuldu”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.