Kreml təsdiq edib ki, Donald Tramp prezident vəzifəsində olarkən ABŞ-da çatışmazlıq olmasına baxmayaraq, Vladimir Putinə gizli şəkildə COVID-19 testləri göndərib.
Azpost.info xəbər verir ki, bu məlumat “Vaşinqton Post”un keçmiş əməkdaşı, “Watergate” qalmaqalını araşdırması ilə məşhurlaşan Bob Vudvord “Müharibə” kitabında yer alıb.
Vudvordun sözlərinə görə, Tramp bu addımı Vaşinqtonla Moskva arasında münasibətləri yaxşılaşdırmaq ümidi ilə atıb. O zaman ABŞ-ın koronavirus testlərinə ciddi ehtiyacı var idi və Putinin bu məlumatın açıqlanmasının mümkün nəticələri barədə Trampı şəxsən xəbərdar etdiyi iddia edilir. Trampın özü isə bu iddiaları təkzib edərək, həqiqətə uyğun olmadığını bildirib.
Bununla belə, Kremlin sözçüsü, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putin üçün testlər göndərildiyini təsdiqləyib.
Azpost.info