Kreml Ukraynada müharibəni davam etdirəcəyini bəyan edib

“Rusiya xüsusi hərbi əməliyyatını davam etdirir və məqsədlərinə çatacaq“.

AzPost bildirir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov oktyabrın 14-də keçirdiyi brifinqdə  Fransa lideri Emmanuel Makronun bəyanatına cavabında deyib.

Qeyd edək ki, Makron bəyaantında Rusiya danışıqlara hazır olduğunu bildirməsə, bunun əvəzini ödəyəcəyini vurğulayıb.

Kreml sözçüsü izah edib ki, Rusiya alternativlərin olmaması ilə əlaqədar olaraq xüsusi hərbi əməliyyatı davam etdirir.

“Rusiya öz maraqlarını təmin edəcək və məqsədlərinə çatacaq”, – o, əmin edib.

Peskov qeyd edib ki, Rusiya Ukraynadakı hərbi əməliyyatların sülh yolu ilə həllinə hazırdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.