Valdaya dron hücumu Putinə və Trampa qarşı terror aktıdır.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına Ukraynanın PUA hücumu cəhdi terror aktıdır.
“Bu, terror aktıdır. Bu, danışıqlar prosesini pozmağa yönəlib, təkcə prezident Putinə qarşı deyil, həm də Trampa qarşıdır, onun sülh yolu ilə həll səylərini əngəlləmək məqsədi daşıyır. Lakin prezidentlər dialoqlarını davam etdirirlər və bu cür təxribatlar onun səviyyəsini silkələmək iqtidarında deyil. Bu hərəkətlərin diplomatik nəticələri Ukrayna ilə bağlı danışıqlar mövqeyinin sərtləşməsi olacaq. Hərbi nəticələrə gəldikdə isə, hərbçilərimiz necə, nə ilə və nə vaxt cavab verəcəyini bilirlər”, – Kremlin rəsmi nümayəndəsi vurğulayıb.