Kremldə Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsi ilə bağlı mərasim keçirilir- VİDEO

Kremldə yeni ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı müqavilələrin imzalanması mərasimi başlayıb.

Müqavilələr Ukraynanın “referendum” keçirilən 4 vilayəti ilə imzalanacaq.  Rusiya Prezidenti Vladimir Putinin geniş çıxışı başlanıb.

Xatırladaq ki, sentyabrın 23-dən 27-nə qədər “Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” keçirilib.

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.