“Krokus” cinayəti terrorla mübarizədə yenilik tələb edir”- KTMT Baş katibi

“Krokus”da törədilən terror aktı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin qarşısına terrorizmlə mübarizə üçün yeni alətlər hazırlamaq vəzifəsi qoyub.

Azpost.info xəbər verir ki, bunu KTMT Parlament Assambleyası Şurasının iclasında təşkilatın Baş katibi İmanqali Tasmaqambetov deyib.

“KTMT bu terror aktını kəskin şəkildə pisləyib. Bu irimiqyaslı cinayət KTMT-yə üzv olan bütün dövlətlərin qarşısında təşkilatın məsuliyyət zonasında terror təhlükəsinə qarşı ən müasir alətlər hazırlamaq vəzifəsini qoyur”, – o bildirib.

Baş katibin sözlərinə görə, xüsusi xidmət orqanları çevik işləyib, cinayətkarlar cinayət törədildikdən sonra ilk saatlarda saxlanılıb. O, Belarus xüsusi xidmət orqanlarının bu misli görünməmiş vəhşi hücumu törədən terrorçuların xaricə getməsinin qarşısını almaq üçün ruslara fəal kömək etdiyini xatırladıb.

Azpost.info

Əvvəlki məqalə

Bu hal nikahın bağlanmasına mane olacaq

Sonrakı məqalə

Göygöl sakininə saxta əlillik dərəcəsi təyin edilib