KTMT liderləri Astanada toplaşacaq- Rusiyaya qarşı uzaqmənzilli silahlardan istifadə qərarı ilə bağlı

KTMT liderləri Astanada Kollektiv Təhlükəsizlik Şurasının iclası zamanı Rusiyaya qarşı uzaqmənzilli silahlardan istifadə etmək üçün Qərb ölkələrinin icazəsini müzakirə edəcəklər.

Azpost.info xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən yazıb.

Mənbə iclasın yaxın vaxtlarda keçiriləcəyini və bu məsələnin orada müzakirə olunacacağını bildirib.

“Prezident Putinin Qazaxıstana səfəri çərçivəsində biz müttəfiq kimi Ukrayna ərazisindəki böhranın bütün aspektlərini müzakirə edəcəyik”, – məlumatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

Qoşunların döyüş qabiliyyəti daha da yüksəldilsin!

Sonrakı məqalə

Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu