Külək güclənəcək, yağış yağacaq- XƏBƏRDARLIQ

Aprelin 21-də gündüz şimal-qərb küləyinin 15-20 m/s, axşama doğru arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Aprelin 21-i əvvəlcə şimal və qərb rayonlarında, gün ərzində isə digər ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Aprelin 22-si və 23-də isə gündüz saatlarında dağlıq və dağətəyi rayonlarda havanın yağıntılı olacağı gözlənilir. Qərb küləyi 15-20 m/s, 21-də bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Aprelin 24-ü axşam qərb rayonlarından başlayaraq 25-i axşamadək yenidən hava şəraitinin yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Əvvəlki məqalə

İrəvanda Azərbaycan bayrağını yandıran erməni beynəlxalq axtarışa verilib

Sonrakı məqalə

“Xəbərimiz yoxdur”