Küləkli hava ilə bağlı sarı xəbərdarlıq olundu

İyunun 9-da ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib.

Sinoptiklərin məlumatına görə, Şərur, Şahbuz, Culfa, Ordubad, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, Hacıqabul, Goranboy, Daşkəsən, Ağdam, Tərtər, Bərdə, Şəki, Qax, Zaqatala, Göygöl, Gəncə, Naftalan, Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək.

 

Ölkə ərazisində küləkli hava şəraiti iyunun 10-dək fasilələrlə davam edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.