Kuleba Çavuşoğlu ilə Lavrovla danışıqların taktikasını müzakirə edəcək

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bu gün türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə Rusiya XİN başçısı Sergey Lavrovla danışıqların taktikası barəsində müzakirə aparacaq.

“Ukrinform.net”in məlumatına görə, bu barədə Dmitri Kuleba bildirib.

“Biz onunla birlikdə prosesin məntiqini quracağıq. Mən hər zaman xarici işlər nazirləri səviyyəsində müzakirələrə hazır olduğumu təsdiqləmişəm. Əlbəttə o şərtlə ki, cənab Lavrov da məsələlərin substansiv müzakirəsinə və spesifik problemlərin həllinə hazır olsun”, – Kuleba qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Elxan Məmmədov AFFA-nın baş katibi vəzifəsindən azad olunub –

Sonrakı məqalə

Ölkədə tərəvəz niyə bahadır? –