Beşinci çağırış Milli Məclisin deputatı olan Müslüm Məmmədov fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Azpost.info bildirir ki, bu barədə modern.az-a açıqlamasında Müslüm Məmmədov özü məlumat verib.
O, bildirib ki, əvvəl seçkilərdə iştirak etmək qərarını vermək istəsə də, sonradan fikrindən vaz keçib: “Növbədənkənar parlament seçkilərində iştirak etməyəcəm”.
Qeyd edək ki, beşinci çağırış Milli Məclisin deputatı olmuş Müslüm Məmmədov 57 saylı Kürdəmir seçki dairəsindən deputat seçilmişdi. O, heç bir partiyada təmsil olunmur, bitərəfdir.