Kürdəmirin deputatı seçkilərə qatılmaqdan imtina etdi –"Fikrimdən vaz keçdim"

Beşinci çağırış Milli Məclisin deputatı olan Müslüm Məmmədov fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Azpost.info bildirir ki, bu barədə modern.az-a açıqlamasında Müslüm Məmmədov özü məlumat verib.

O, bildirib ki, əvvəl seçkilərdə iştirak etmək qərarını vermək istəsə də, sonradan fikrindən vaz keçib: “Növbədənkənar parlament seçkilərində iştirak etməyəcəm”.

Qeyd edək ki, beşinci çağırış Milli Məclisin deputatı olmuş Müslüm Məmmədov 57 saylı Kürdəmir seçki dairəsindən deputat seçilmişdi. O, heç bir partiyada təmsil olunmur, bitərəfdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hacıqabulda polis narkotacirləri tutdu

Sonrakı məqalə

Elmar Vəliyev danışdı: