Kuril adalarında yerləşən Ebeko vulkanı püskürüb

Vulkanoloqlar Böyük Kuril silsiləsinin Paramuşir adasındakı (Saxalin bölgəsi) Ebeko vulkanında 2 kilometr hündürlüyədək kül püskürülməsini qeydə alıblar.

TASS agentliyinin məlumatına görə, bu barədə jurnalistlərə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, kül dumanı cənub-qərb istiqamətində 5 kilometrdən çox məsafəyə yayılıb.

Ebeko vulkanı Paramuşirin şimal hissəsində yerləşir. Vulkanın hündürlüyü 1156 metrdir. 2016-cı il noyabrın ortalarında aktivləşən vulkan yüksək püskürmə ehtimalı ilə artan fəallığa malikdir.

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

“Real Madrid” liderliyə yüksəlib