“Kursk bölgəsində hərbi əməliyyatların başlaması ilə böhran daha gözlənilməz olub və risklər artıb”.
Azpost.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
“Qlobal təhlükəsizliyi qorumaq üçün həll edilməli olan digər aktual problem Rusiya-Ukrayna müharibəsidir. Bu, müdafiə, qida, enerji, təhlükəsizlik, rabitə və nəqliyyat sahələrində siyasətlərin nəzərdən keçirilməsinə səbəb oldu. Kurskdan əvvəl müharibə yalnız Ukrayna ərazisində gedirdi, heç bir kütləvi qırğın vasitələrindən istifadə edilməmişdi. Kurskdan sonra vəziyyət daha riskli və gözlənilməz hala gəldi. Bu, bizə silahlanma yarışının necə gücləndiyini və nüvə təhlükəsinin nə qədər yaxınlaşdığını göstərir”, – Fidan deyib.
Azpost.info