“KVN-Planeta”nın məşhur aparıcısı Aleksandr Maslyakovun qəbrinə qarşı vandalizm aktı törədilib.
Azpost.info bildirir ki, bu barədə “Mash” teleqram kanalı görünütlər yayıb.
19 yaşlı Kirill K. Novodeviçi qəbiristanlığında Maslyakovun məzarını söküb, qəbrin üzərindən xaçı çıxarıb. O bağıraraq deyib ki, Maslyakov burada yatmağa layiq deyil.
Vandal saxlanılıb. Məlum olub ki, onun uzun müddətdir psixi problemləri var, bir neçə dəfə xəstəxanada yatıb. Vandalizmi törədərəkən çox guman ki, narkotikin təsiri altında olub.
Maslyakovun məzarı bərpa edilib.
Aleksandr Maslyakov bir müddət əvvəl vəfat edib.