Lənkəran-Astara regionunda bir sıra məktəb direktorları vəzifələrindən azad edilib

Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkarlanıb və təhsil müəssisələrinin rəhbərləri vəzifələrindən azad ediliblər.

Bu barədə regional təhsil idarəsi məlumat yayıb.

Bildirilib ki, monitorinqlər nəticəsində təhsil müəssisələrinin rəhbərlərindən 9-u işdən azad olunub, 3-nə şiddətli töhmət, 6-na töhmət verilib, 3-nə isə yazılı xəbərdarlıq edilib. Belə ki, Astara şəhər 3 və 4 nömrəli körpələr evi-uşaq bağçalarının müdirləri, Cəlilabad rayon Boyxanlı kənd tam orta məktəbinin direktoru, Lənkəran rayon Osakücə kənd körpələr evi-uşaq bağçasının müdiri, Masallı rayon Şərəfə kənd uşaq bağçasının müdiri, Türkoba kənd tam orta, Sirəbil kənd ümumi orta, Köhnə Alvadı kənd tam orta məktəblərinin direktorları, Masallı şəhər 3 nömrəli tam orta məktəbin direktoru işdən azad edilib.

Habelə Cəlilabad rayon Privolnoye kənd körpələr evi-uşaq bağçasının müdirinə, Yardımlı rayon Qabaqdibi kənd tam orta məktəbinin direktoruna, Lənkəran rayon Velədi kənd körpələr evi-uşaq bağçasının müdirinə şiddətli töhmət verilib.

Bununla yanaşı, Astara rayon Burzubənd kənd tam orta məktəbinin direktoruna, Lənkəran rayon Xolmili kənd körpələr evi-uşaq bağçasının müdirinə, Liman şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının müdirinə, Alazəpin kənd ümumi orta məktəbinin direktoruna, Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinin direktoruna, Kənarmeşə kənd tam orta məktəbinin direktoruna töhmət verilib.

Həmçinin Lənkəran rayon Liman şəhər 17 nömrəli körpələr evi-uşaq bağçasının müdirinə, Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin direktoruna, Masallı rayon Qəriblər kənd tam orta məktəbinin direktoruna yazılı xəbərdarlıq edilib.

Bu il Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən 14 məktəbəqədər və 18 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb və davam etdirilir.

Xatırladaq ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin fəaliyyət planına və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “Monitorinqlərin keçirilməsi barədə” 2024-cü il 29 aprel tarixli elektron məktubunun icrasına uyğun olaraq məktəbəqədər və ümumi təhsil müəssisələrində monitorinqlər həyata keçirilir.

Əvvəlki məqalə

Avropa İttifaqı regionda müsbət dinamikanı pozmağa çalışır

Sonrakı məqalə

Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri görüşüb