Lənkəranda meşədə 61 yaşlı kişinin meyiti tapılıb.
Rayonun Diryan kəndindəki meşəlik ərazidə ağacdan asılmış vəziyyətdə aşkarlanan meyitin 1961-ci il təvəllüdlü kənd sakini olan Allahyar Rəhmətova aid olduğu müəyyənləşib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Hadisənin hansı səbəbdən baş verdiyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.