Lənkəranda “Mersedes” 12 yaşlı uşağı vuraraq öldürüb

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisində qeydə alınıb. “Mercedes” markalı maşın Gərmətük qəsəbə sakini, 2011-ci il təvəllüdlü Süleyman Məhəmməd oğlu Nəzərzadəni vurub. Uşaq aldığı xəsarətlərdən ölüb.

Hadisə şahidlərinin sözlərinə görə, “Mercedes” yüksək sürətlə hərəkət edən “Mersedes” işıqforun qırmızı işığını gözləmədən keçib. S.Nəzərzadə avtobusdan düşüb yolu keçmək istəyən zaman maşın onu vurub.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

“HƏMAS bizi aldatdı, iki il bu hucuma hazırlaşıb” –

Sonrakı məqalə

“Moskva Yaxın Şərqdə davamlı sülhün bərqərar olmasında maraqlıdır”