Lənkəranda sərhədçilərimizi ildırım vuraraq öldürüb

İyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat edib.

DSX-nın Mətbuat Mərkəzindən verilən xəbərə görə, faktla bağlı araşdırma aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Allah rəhmət eləsin!

Əvvəlki məqalə

“Putin Ukraynada dayanmayacaq, bütün Avropa təhlükə altındadır” –

Sonrakı məqalə

Məşhur intellektual oyunun azərbaycanlı oyunçusu həbs oluna bilər