Lənkəranda meyit tapılıb. Rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər. Yandırılmış meyitin kimə məxsus olması və hadisənin hansı zəmində baş verdiyi araşdırılıb.
Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində meyiti aşkar olunmuş şəxsin Lənkəran şəhər sakini, 1970-ci il təvəllüdlü Cahangirov Əli Eldar oğlu olduğu müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.