Lənkəranda yol qəzasında yaralanmş axund xəstəxanada ölüb

Lənkəranda yol qəzası baş verib.

Hadisə Mamusta kəndi ərazisində baş verib.

Yük motoskileti “Muravey” kənd ərazisində hərəkətdə olarkən piyada – 1975-ci il təvəllüdlü Əkrəm Cəlal oğlu Hüseynovu vurub. Dərhal hadisə yerinə Şürük kəndinin Təcili Tibbi Yardım əməkdaşları çağırılıb.

Yaralı ağır vəziyyətdə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Əkrəm Cəlal oğlu Hüseynov həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, xəsarət alan Əkrəm Hüseynov Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundu idi.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)

Əvvəlki məqalə

Azərbaycan səfiri etimadnaməsinin surətini Fransa XİN-ə təqdim edib –

Sonrakı məqalə

Yevlaxda ər 22 yaşlı arvadını iplə boğaraq öldürüb