Lənkəranda 19 yaşlı gənc qətlə yetirilib

Lənkəran rayonu ərazisində qətl hadisəsi qeydə alınıb.

DİN-nin mətbuat xidmətindən verilən xəbərə görə, noyabrın 17-də gecə saatlarında Lənkəran rayonu ərazisində Cəlilabad rayon sakini , 2003-cü il təvəllüdlü Tosif Nəsirovun ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub.

Araşdırmalarla Lənkəran şəhər sakini, 1992-ci il Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Tosid Nəsirova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Bayramlı saxlanılaraq istintaqa verilib.

Araşdırmalar davam etdirirlir.

Əvvəlki məqalə

Hikmət Hacıyev İran səfiri ilə görüşüb

Sonrakı məqalə

Rusiyanın Baş naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib