Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlanıb.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinləri – 50 yaşlı A. İsayev, 53 yaşlı İ. Qəmbərov və 37 yaşlı N. Bayramov dəmiryolu relslərini kəsərək oğurlayan zaman hadisə yerində saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.