Laçın buraxılış məntəqəsi iki ay məhdudiyyət olmadan fəaliyyət göstərib –XİN başçısı

“Ölkələrin suverenliyinə hörmət dedikdə, təbii olaraq, bütün əməliyyatların, ölkəmizə giriş-çıxış, o cümlədən humanitar təşkilatların fəaliyyətinin ölkənin qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməsi nəzərdə tuturuq”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı deyib.

“Düşünürəm ki, öz ərazi bütövlüyünə hörmət edən istənilən dövlət bu siyasəti həyata keçirir. Biz bunu Laçın Buraxılış Məntəqəsi kontekstində deyiriksə, 23 aprel tarixindən bu yana minlərlə insan hər iki istiqamətdə şəffaf formada keçid məntəqəsindən istifadə edib. İki ay ərzində həmin məntəqə heç bir məhdudiyyət olmadan fəaliyyət göstərib. Ermənistan tərəfindən hərbi təxribat olduqdan, sərhədçimizin yaralandıqdan, beynəlxalq təşkilatın nüfuzuna xələl gətirməklə kanvoylardan qaçaqmalçılıq məqsədilə istifadə edildiksən sonra Azərbaycan öz suveren hüquqlarından istifadə edərək qanunvericiliyin aliliyini təmin edib”, – nazir qeyd edib.

Əvvəlki məqalə

“İrəvan sülh sazişi ilə bağlı göndərdiyimiz şərhləri 60 gün özündə saxlayır” –

Sonrakı məqalə

Putin Priqojinin ailəsinə başsağlığı verdi –