“Laçın dəhlizinə” alternativ yeni yol tikilir, yazda hazır olacaq” –Erməni nazir açıqlama verdi

“Laçın dəhlizi ilə yeni yolun tikilməsi  üzrə işlər artıq başlanıb”. 
Azpost.info bildirir ki, bu sözləri Ermənistanın ərazi idarəetmə və infrastruktur üzrə naziri Qnel Sanosyan hökumət iclasından əvvəl jurnalistlərə bildirib.
“Alternativ yolun tikilməsi gələn ilin yazına qədər başa çatacaq. Hazırda yol tikilir. Biz tikintini 3 yerə ayırmışıq və hər ü hissədə aktiv iş gedir”-deyə nazir bildirib.
Qeyd edək ki, Laçın dəhlizinə alternativ yeni yolun çəkilməsi 10 noyabr Üçətərfli Bəyanatında əks edilib. Bu yol çəkildikdən sonra Laçın şəhəri Azərbaycana qaytarılacaq. Ermənistan isə Qarabağa gediş-gəliş üçün Laçın şəhərindən yan keçən yeni yoldan istifadə edəcək. Azərbaycan artıq bu yolun çəkilişini yekunlaşdırır.
Əvvəlki məqalə

Jurnalistika ixtisasına keçirilən qabiliyyət imtahanının nəticələri açıqlanıb

Sonrakı məqalə

“Yayılan video saxtadır” –