Laçında çoban minaya düşüb

Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb.

DİN-in mətbuat xidmətindən ildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb. O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

Əvvəlki məqalə

“ARB” kanalının yayımı 3 saatlıq dayandırılacaq

Sonrakı məqalə

Şəhid olan hərbçimiz Şahbuzda dəfn olunub