Laçında yol qəzası olub, “Azərenerji”nin 2 əməkdaşı ölüb

Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində “Azərenerji”nin əməkdaşları – Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.

Araşdırma aparılır(apa).

Əvvəlki məqalə

Erməni silahlı dəstələri Tbilisi-Bakı təyyarəsinə radiomaneə tətbiq edib

Sonrakı məqalə

Azərbaycan neftinin qiyməti 101 dolları ötüb