Las-Veqas boyda aysberq okeanda hərəkətə gəlib

Şəhər boyda aysberq dənizin yapışqan dibindən qoparaq “qaçıb”.

Azpost.info bildirir ki, Las-Veqas şəhəri ölçüsündə olan və A-83 adlanan aysberq okeanın sərt yapışqana bənzəyən dərinliyindən tamamilə qopub. Aysberq may ayından başlayaraq “Brunt Ice Shelf”-dən ayrılıb.

Tədqiqatçıların fikrinə görə belə nəhəng aysberqin “yapışqan kimi dəniz dibindən qopması” ilə onun sonrakı hərəkətlərini izləyəməyə peyk şəkilləri çox kömək edir, lakin bu təhlükənin sovuşması anlamına da gəlmir.

“Sci Tech Daily” nəşri yazır ki, bu aysberq buz şelfindən qopduğundan sonra şəhər boyda nəhəng nəhayət “müstəqilliyinin” mövcudluğunu bir neçə ay ərzində ətraf ərazilərdəki yapışqana bənzəyən buzların arasında keçirib. Lakin problem ondadır ki, Cənub Yarımkürəsində qışın sonunda, buz sürüşməyə başlayan zaman A-83-də şelfdən uzaqlaşıb və bununla təhlükənin miqyasını artırmaqla “bir qədər irəliləyiş əldə edib”.

Tədqiqatçılar “Landsat 9”-un qeyd etdiyi peyk şəkillərini təhlil ediblər. Alimlər belə qənaətə gəliblər ki, fotolardan çox aydın olduğu kimi bu aysberqin may ayında və avqust ayında şəraiti, həmçinin də necə göründüyünün təsvirləri var. Şəkillərdən görsəndiyi kimi sarı, həmçinin də narıncı səth temperaturunun çox yüksək olduğu sahələrdə, yəni açıq su, nazik buz fəallığı daha qabarıq müşahidə olunur. Bununla belə aşağı temperaturlu ərazilər, yəni çox qalın aysberq buzları, həmçinin də onlara bitişik buz şelfləri mavi rənglə göstərilir. Bu nəticələr bir daha sübut edir ki, dəniz və okeanlardakı belə nəhəng buz dağları istənilən zaman gözlənilmədən hərəkətə gələ bilər.

Sentyabr ayına qədər verilmiş məlumata görə Avropa Kosmik Agentliyinin iştirakı ilə həyata keçirilən “Sentinel-1” missiyası və NASA, həmçinin də yeni “NOAA Suomi AES” peyki, “A-83”-dən qopmuş bir neçə parçaların sualtı qaya dibindən keçməyə necə cəhd etdiyini, bunun nəticəsində də şəhər boyda buz dağının sürətlə bölünüb ayrıldığını müşahidə edib.

Alimlərin fikrinə görə bununla belə, hələ ki, təsəvvür edildiyi kimi dəhşətli, böyük bir təhlükə də gözlənilmir, çünki nəhəng aysberqin parçalarından heç birinin belə təhlükə törətməyə kifayət edəcək qədər böyük gücə malik olmadığı ortaya çıxıb.

Alimlər bu böyük aysberqin parçalanmış vəziyyətdə üzdüyünü əsas gətirərək belə qənaətə gəliblər.

Oqtay Qorçu

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

8 Noyabr prospektində məhdudiyyət qismən aradan qaldırılıb