Latviyada etiraza çıxan təhsil işçiləri Baş naziri fitə basıblar

Latviya təhsil işçilərinin həmkarlar ittifaqı hökumət binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı ölkənin Baş naziri Evika Silinyanı fitə basıblar.

Azpost.info xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.

“Fikirlərinizi ifadəetməyiniz normaldır, lakin ultimatumlar normal nəticələrə gətirib çıxarmır”, – Baş nazir deyib.

Bundan sonra Silinya müəllimləri hökumətə etibar etməyə çağırıb.

“Müəllimlər, bura nəyin mübahisəsini etməyə gəlmisiniz? Hökumət maaşlarınızı artırmayıb? Kim artım almadı? Əlini qaldırsın! Hökumət söz verdiyi hər şeyi yerinə yetirdi!”, – Silinya bildirib.

Mayın 21-dən hökumət binası qarşısına toplaşan bir neçə min işçi Təhsil və Elm Nazirliyinin yeni planından narazılığını bildirir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.