Latviyada Rusiya avtomobillərinin müsadirəsi haqqında qanun hazırlanır

Latviyanın Ədliyyə Nazirliyi Rusiya və Belarusda qeydiyyatda olan nəqliyyat vasitələrinin ölkə ərazisində olmasını qadağan edən qanun layihəsini parlamentə təqdim edəcək.

Azpost.info xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Yeni qaydaya görə, avtomobilin üç aydan artıq ölkədə olması onun müsadirəsi ilə nəticələnə bilər.

Rusiya və Belarus dövlət nömrələrinə malik avtomobilin sahibi Latviyada olarkən onu yenidən qeydiyyatdan keçirməli olacaq. Bu tələbin yerinə yetirilməməsi yol hərəkəti qaydalarının pozulması kimi qiymətləndiriləcək.

Yenidən qeydiyyatdan keçmək və ya ölkəni tərk etmək üçün üç ay vaxt verilir, əks halda nəqliyyat vasitəsinin müsadirəsi də daxil olmaqla sanksiyalar tətbiq oluna bilər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.