“Pavel Durov həddindən artıq sərbəstlik nümayiş etdirdi və Qərb ölkələrinin Telegram messencerinin moderatorluğu ilə bağlı tövsiyələrinə qulaq asmadı”.
Azpost.info bildirir ki, bu açıqlama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri MDBMİ-nin müəllimləri və tələbələri qarşısında çıxışı zamanı deyib: “O, çox sərbəs idi. Qərbin sözünə, tövsiyələrinə qulaq asmadı”.
Lavrov qeyd edib ki, Qərbin Durova qarşı hərəkətləri onların qloballaşma ilə bağlı hərəkətlərinə bənzəyir.