“Lavrovun Bakıya gəlişi texniki səfər idi” –Ekspert rəyi

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri Qarabağdakı sülh proseslərinə necə təsir edəcək?

Mayın 11-də Sergey Lavrov Bakıda həmkarı azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransı keçirib.

Sergey Lavrov bildirib ki, bütün vacib məsələlərin həllinin əsas şərti hərbi münaqişənin tam dayandırılmasıdır. Onun sözlərinə görə, ərazidəki iqtisadi münasibətlərin bərpası Cənubi Qafqazın inkişafına təkan verəcək.

Siyasi şərhçi Şahin Hacıyev deyir ki, Lavrovun Bakı səfəri Rusiyanın regionda öz nüfuzunu gücləndirmək və kommunikasiya xətlərinin açılması planları ilə bağlıdır: “Kommunikasiya xətlərinin açılması o deməkdir ki, Rusiyanın iqtisadi-siyası maraqları güclənir. Bu, Rusiyanın bu regionda əsas oyunçu olduğunu təsdiq edir və Rusiyanın opponentləri, ilk növbədə də Qərbin nüfuzunu azaldır. Rusiya Azərbaycanın özünə müttəfiq etməsi istiqamətində də mövqeyini gücləndirir”.

Şahin Hacıyev hesab edir ki, Sergey Lavrovun səfərinin əsas məqsədi də bu prosesləri idarə etmək, onların dayanmasına imkan verməməkdir. Çünki kommunikasiya xətlərinin açılması Rusiyanın strateji hədəfidir.

Moskvada siyasi təhlilçi Pavel Felgenhauerin isə Sergey Lavrovun Bakıya gəlişini texniki bir səfər kimi dəyərləndirir: “Hər hansı bir ciddi qərar olmadı. Bu daha çox texniki səfər idi. Rusiya istəyir ki, durum sabit olsun. Ermənistanda gələn ay parlament seçkisi keçiriləcək. Rusiya hər hansı gərginlik, sabitliyin pozulmasını istəmir. Bütölükdə cənubi Qafqazda öz təsirini gücləndirmək istəyir”. (Azadlıq Radiosu)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya Rumıniya diplomatını “persona non-qrata” elan edib

Sonrakı məqalə

Bu gün Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır