Layihə çərçivəsində seminar keçirilib –FOTOLAR

Oktyabrın 9-da Bakı şəhəri,Sabunçu rayonu,Maştağa qəsəbəsi, C.Cabbarlı adına 187 № li tam orta məktəbdə “Yeniyetmələrin intellektual inkişafında  zehni oyunlar”  layihəsi çərçivəsində seminar keçirilib.

“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi bildirir ki, 09 Oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Qeyru-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü ildə təşkil etdiyi kiçik qrant müsabiqəsi çərçivəsində maliyyələşən “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsi çərçivəsində C.Cabbarlı adına 187 № li tam orta məktəbdə seminar keçirilib. “Yeniyetmələrin intellektual inkişafında  zehni oyunlar” layihəsinin Fəaliyyət Planına uyğun olaraq Sabunçu rayonunda yerləşən Maştağa, Nardaran və Bilgəh qəsəbələrinin 5 təhsil ocağında, K.Məmmədov adına 209 № li, 255 № li, C.Cabbarlı adına 187 № li, 130 № li və 142 № li tam orta məktəblərin Fiziki tərbiyə müəllimləri və intellektual inkişafa meyil, maraq, həvəsi olan 17 nəfərin iştirakı ilə Seminar təşkil olunub.

C.Cabbarlı adına 187 № li tam orta məktəbin informatika otağında seminarın təşkili üçün normal şərait yaradılmış, “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin Roll up-ı qoyulub. Masalanın üzərində  layihənin digər məlumat daşıyıcıları düzülüb, bir qrup seminar iştirakçılarına təqdim etmək üçün Diplomlar hazırlanıb. Hər bir seminar iştirakçısınin istifadəsi  üçün dəftərçə (bloknot) və qələm qoyulub, qeydiyyat aparılırdı. Foto çəkiliş təşkil edilmişdi.

Seminarı giriş sözü ilə 187 № li tam orta məktəbin məktəbəqədər və sinifdənxarıc təlim üzrə təşkilatçısı X.Məhərrəmova açdı.O,seminar işrtirakçılarını salamladı, yeniyetmələrin intellektual inkişafı üzrə layihənin icrasını müsbət qiymətləndirdı.və seminarın işində müvəffəqiyyətlər arzuladı. “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin rəhbəri N.Nəcəfov layihə barədə iştirakçılara ətraflı məlumat verdi. F/Tərbiyə müəllimləri S.Mehdiquliyev- 142 № li məktəb, N.Nurəliyev 130 № li məktəb, O.Bağırov -187 № li məktəb çıxışlar etdilər, əsasən suallar qarşıda 5 təhsil ocağında icra olunacaq yekun tədbirlərin təşkili, iştirakçı sayı, yaş həddi və avadanlıq barədə idi.

Sonda iştirakçılara Diplomların təqdim olunması ilə Seminar başa çatdı. “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsi çərçivəsində təşkil olunmuş seminar barədə KİV üçün məlumat hazırlanmış, foto görüntülər əlavə edilərək 3 media qurumuna göndərilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.