“Layihə təqdim edən alimin əməkhaqqı artacaq”- Emin Əmrullayev

Universitetlər üzərindən institutların maliyyələşdirilməsi mexanizminin tətbiqinə başlanılacaq.

Bunu elm və təhsil naziri Emin Əmrullayev elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair anlaşma memorandumunun imzalanması mərasimində deyib. Onun sözlərinə görə, bu ilin sentyabrından bu mexanizm tətbiq olunacaq.

“Hesab edirik ki, bu, növbəti illərdə institutların inkişafına və universitetlərin elmi-tədqiqatlarının genişlənməsinə gətirib çıxaracaq. Beləliklə, layihə təqdim edən alimin əməkhaqqı artacaq, əks halda isə sabit qalacaq”, – deyə nazir qeyd edib.

Əvvəlki məqalə

Fransanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib

Sonrakı məqalə

Moldovada Qələbə Günü “Georgi lenti”ni taxanlar cərimələnəcək