“Lazım olsa ATƏT-in Minsk Qrupu yenə də rol oynaya bilər” –ÇAVUŞOĞLU

“Birgə bəyanat Minsk prosesi çərçivəsində illər ərzində hazırlanan fikir və prinsipləri böyük ölçüdə ehtiva edir. Lazım olsa ATƏT-in Minsk Qrupu yenə də rol oynaya bilər”.

“Anadolu” agentliyinin məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Kürəsəl Media” jurnalına müsahibəsində Dağlıq Qarabağla bağlı suala cavabında deyib.

O qeyd edib ki, həmsədrlər konstruktiv olmalı və keçmişdə baş verənlərdən dərs almalıdırlar.

“Azərbaycanın dəvətinə cavab olaraq atəşkəsin təmin edilməsi və bərpa prosesi ilə bağlı çalışmağa davam edəcəyik. Atəşkəsə nəzarət üzrə Rusiya ilə Birgə Mərkəz yaratmışıq”-deyə XİN başçısı vurğulayıb.

Nazir qeyd edib ki, bu atəşkəs çox əhəmiyyətlidir və qorunmalıdır: “Bundan sonra erməni tərəfinin atəşkəsə və birgə bəyanatda qəbul edilən şərtlərə riayət etməsini, yeni macəralardan çəkinməsini və Azərbaycanın işğal altındakı bütün torpaqlarda suverenliyini tanıyacaq qalıcı bir siyasi həllə gedən yolu açmasını gözləyirik. Anlaşma davam edərsə və Azərbaycan-Ermənistan meydançası yaranarsa, bu vəziyyət türk-erməni əlaqələrinə müsbət təsir edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Belə bahalı yeni bina Mərkəzi Bankın nəyinə lazımdır?” –

Sonrakı məqalə

Suqovuşanda Ermənistanın atıb qaçdığı silah-sursat tapıldı –