Lerikdə maşın dərəyə yuvarlanıb-

Ölən və yaralananların adları (YENİLƏNİB)
02 İyul 2020 - 10:28

Lerikdə baş verən qəzada ölən və yaralanan şəxslərin adları məlum olub.

Qəza zamanı Lerik rayon sakinləri – sürücü, 1977-ci il təvəllüdlü Habil Əzimov və onun sərnişinləri – 1996-cı il təvəllüdlü Təyyar Əliyev və Elnarə İbrahimova hadisə yerində ölüb.

Yaralılar, Lerik rayon sakinləri 1984-cü il təvəllüdlü Mübariz Zeynalov və 2005-ci il təvəllüdlü Şeyda Əzimova xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri ağır qiymətləndirilir.

**

Lerikdə baş verən qəzada yaralanan 2 nəfərdən biri uşaqdır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Uşaq Lerik Rayon Mərkəzi Xəstəxanasındadır, vəziyyəti orta-ağırdır.

Digər yaralı isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyəti ağırdır.

***

09:33

Lerikdə maşın dərəyə yuvarlanıb, ölən və yaralananlar var.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza rayonun Bürsülüm kəndi ərazisində qeydə alınıb. “UAZ” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər həyatını itirib. İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda qəzada ölən və yaralananların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.