Lerikdə maşın dərəyə yuvarlanıb-Ölən və yaralananların adları (YENİLƏNİB)

Lerikdə baş verən qəzada ölən və yaralanan şəxslərin adları məlum olub.

Qəza zamanı Lerik rayon sakinləri – sürücü, 1977-ci il təvəllüdlü Habil Əzimov və onun sərnişinləri – 1996-cı il təvəllüdlü Təyyar Əliyev və Elnarə İbrahimova hadisə yerində ölüb.

Yaralılar, Lerik rayon sakinləri 1984-cü il təvəllüdlü Mübariz Zeynalov və 2005-ci il təvəllüdlü Şeyda Əzimova xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri ağır qiymətləndirilir.

**

Lerikdə baş verən qəzada yaralanan 2 nəfərdən biri uşaqdır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Uşaq Lerik Rayon Mərkəzi Xəstəxanasındadır, vəziyyəti orta-ağırdır.

Digər yaralı isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyəti ağırdır.

***

09:33

Lerikdə maşın dərəyə yuvarlanıb, ölən və yaralananlar var.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza rayonun Bürsülüm kəndi ərazisində qeydə alınıb. “UAZ” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər həyatını itirib. İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda qəzada ölən və yaralananların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

“21 min cinayətkar qrup zərərsizləşdirilib, axtarışda olan 55 min nəfər saxlanılıb” –