Leysan olacaq, dolu düşəcək- XƏBƏRDARLIQ

Mayın 22-23-də əsasən dağlıq və dağətəyi rayonlarda, 24-ü gündüzdən 27-dək isə bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Mayın 24-ü gündüzdən 26-sı gündüzədək şərq küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Əvvəlki məqalə

Ceyhun Bayramov İran XİN başçısı vəzifəsini icra edən Əli Bağeri ilə telefon danışığı aparıb

Sonrakı məqalə

Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Ermənistana gəlib