Leysan yağışları və güclü külək Tbilisidə həyatı iflic edib

Leysan yağışları və güclü külək Gürcüstanın paytaxtı Tbilisidə ciddi problemlər yaradıb.

AZƏRTAC xəbər verir ki, Tbilisinin mərkəzi küçələrindəki sosial obyektlərin, evlərin birinci mərtəbələrinə, tunel və yeraltı keçidlərə su dolub. Güclü külək paytaxt ərazisində çoxlu sayda ağacı aşırıb. Nəticədə elektrik və qaz xətləri sıradan çıxıb.

Tbilisi meriyası güclü leysan yağışları və külək ilə əlaqədar şəhər sakinlərinə müraciət edib.

Vətəndaşlara mümkün qədər küçələrə çıxmamaqları tövsiyə edilib.

Tbilisi meriyasında vətəndaşlar və şəhərin qonaqları üçün qaynar xətt yaradılıb – 2 72 22 22.

Əvvəlki məqalə

Xızıda selin dərəyə atdığı avtomobildən 2 qadın xilas edilib

Sonrakı məqalə

Rusiyada təyyarələr, neft anbarı və hərbi hissə məhv edilib –